Ölkə

Ötən il ürəyin işemik xəstəliklərindən ölənlərin sayı AÇIQLANDI

12 Avqust 2025 10:06
Baxış: 407
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ötən il ürəyin işemik xəstəliklərindən dünyasını dəyişən şəxslərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Səhiyyə Nazirliyinin məlumatlarına əsasən 2024-cü ildə ölkə üzrə ürəyin işemik xəstəliklərindən ölənlərin sayı 12162 nəfər təşkil edib.

Qeyd edək ki, ürəyin işemik xəstəlikləri (İÜX) - ürəyə qan axınının zəifləməsi və ya tamamilə dayanması ilə xarakterizə olunan bir qrup xəstəlikdir.

Bu, ürək əzələsinin (miokardın) oksigenlə təminatının pozulması ilə nəticələnir. Əsas səbəb koronar arteriyaların daralması və ya tutulmasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.