Oleq Krapivin (Oleq Bakinski) və onunla birgə mühakimə olunan Kuçer Konstantin Antonoviçin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Oleq Bakinski xuliqanlıqda təqsirli bilinərək 6 ay sınaq müddəti seçilməklə 2 il 6 ay müddətinə şərti cəzalandırılıb. Kuçer Konstantinə isə ittiham olunduğu xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə bəraət verilib. Ona xuliqanlığa görə 2 il 6 ay həbs cəzası təyin edilib.
Qeyd edək ki, onlar Bakıdakı ofislərdən birində Zaxarenkov Valeriy Nikolayeviçə xəsarət yetirib. Bundan əlavə, Kuçer Konstantin "Avıazapçast" ASC və "Promyshlenye Postavkı Kazakhstan" MMC-yə qarşı dələduzluq əməllərində də ittiham olunub.
Oleq Bakinski bu yaxınlarda ev dustaqlığına buraxılmışdı.
Milli.Az