Ölkə

Penitensiar Xidmətinin bu cəzaçəkmə müəssisələri rəissiz qalıb

24 İyul 2025 15:35
Baxış: 746
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin iki cəzaçəkmə müəssisəsində rəis vəzifəsi boşdur. 

Qaynarinfo-nun məılumatına görə, ədliyyə naziri Fərid Əhmədov iki gün əvvəl Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi Rəşad Əhmədovu vəzifəsindən azad edib. Nazirin digər əmri ilə o, Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsinə təyin olunub. 

Bu ilin iyul ayında məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasında dam örtüyünün uçması zamanı aldığı xəsarətdən dünyasını dəyişən Mövlam Mustafayevin cəza çəkdiyi Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsi isə 7 aydır boşdur. 

Bu ilin yanvar ayında ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Babək İsgəndərov 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad olunaraq, Penitensiar Xidmətinin Lənkəran penitensiar kompleksinə rəis təyin olunub. 

12 saylı cəzaçəkmə müəssisəsinin rəis əvəzi vəzifəsi isə Cavid Səfərova tapşırılmışdı. Əldə etdiyimiz məlumata görə, uçqun hadisəsindən sonra rəis əvəzi vəzifəsi Cavid Səfərovdan alınaraq başqa bir şəxsə həvalə edilib. 

Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən bildirilib ki, Penitensiar Xidmətinin 12 və 15 saylı cəzaçəkmə müəssisələrində rəis vəzifəsinə hələlik təyinat  yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.