Ölkə

Magistraturaya ixtisas seçimin nəticələri bu tarixdə AÇIQLANACAQ

22 İyul 2025 15:03
Baxış: 472
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi iyulun 16-da saat 23:59-da başa çatıb.

Hələlik nəticələr ictimaiyyətə təqdim olunmayıb.

Milli.Az xəbər verir ki, modern.az məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, materialların emalı prosesi başa çatdıqdan sonra nəticələr elan olunacaq. Bu səbəbdən də dəqiq tarix və saatı əvvəlcədən demək mümkün deyil.

Qeyd olunub ki, prosesin cari həftənin sonunadək yekunlaşacağı ehtimal edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.