Ölkə

Generalların saxlanıldığı həbsxanaya yeni - Rəis təyin edildi

22 İyul 2025 10:24
Baxış: 1 375
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsinə yeni rəis təyinatı olub.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, müəssisəyə rəhbərlik Rəşad Əhədova tapşırılıb. Əhədov bundan əvvəl də Penitensiar Xidmətdə müxtəlif vəzifələrdə çalışıb.

Məlumat üçün bildirək ki, 9 saylı cəzaçəkmə müəssisəsində keçmiş yüksəkvəzifəli məmurlar və generallar saxlanılır. Onların arasında generallar-Bəkir Orucov, Əhməd Əhmədov, Elçin Quliyev, Nizami Şirinov, cinayətlərinə görə general rütbəsindən məhrum edilmiş Mövlam Şıxəliyev, həmçinin keçmiş baş prokuror Eldar Həsənov və İmişlinin əvvəlki icra başçısı Vilyam Hacıyev də var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.