Ölkə

Azərbaycanlı riyaziyyat müəllimi Ümrə ziyarətində qəfil vəfat etdi

18 İyul 2025 13:30
Baxış: 992
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Səudiyyə Ərəbistanının Mədinə şəhərində Ümrə ziyarətində olan Azərbaycan vətəndaşı qəfil vəfat edib.

Milli.Az sumqayit24.az-a istinadən xəbər verir ki, 55 yaşlı zəvvar Afət Əliyeva avtobusdan düşən kimi huşunu itirib, dişlərini qıcıyıb və dili qatlanıb.

Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 

Sumqayıt şəhər 28 nömrəli məktəbin riyaziyyat müəllimi olan A.Əliyeva digər zəvvarların müşayiəti ilə Mədinədə Bəqi qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, sözügedən qəbiristanlıqda Məhəmməd peyğəmbərin ailə üzvləri və xəlifələr də dəfn olunublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.