Ölkə

İqtisadi Şuranın iclası keçirildi - Nələr müzakirə olundu?

11 İyul 2025 18:26
Baxış: 441
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu gün İqtisadi Şuranın iclası keçirilib.

Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.

İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində 2026-cı il və ortamüddətli dövr üçün dövlət büdcəsi və icmal büdcə gəlirlərini formalaşdıran daxilolmaların strukturu, gəlirlər üzrə siyasətin əsas istiqamətləri və digər cari məsələlər müzakirə olunub.

Gündəlikdə olan büdcə-vergi məsələləri üzrə maliyyə naziri Sahil Babayevin, iqtisadiyyat naziri Mikayıl Cabbarovun və əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin məruzəsi dinlənilib.

Təqdim olunan gündəliyə dair İqtisadi Şuranın üzvləri tərəfindən müzakirələr aparılıb.

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.