Yerdə gün buna görə qısalıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yer kürəsində günün millisaniyə qədər qısalmasının səbəbi onun nüvəsi ilə bağlıdır.
Bunu Mili.Az-a açıqlamasında Şamaxı Astrofizika Rəsədxanasının Planetlər və kiçik səma cisimləri şöbəsinin elmi işçisi Əminə Hümbətova deyib.
Onun sözlərinə görə, Yerdə qısa gün iyulun 9-da baş verib, iyulun 22-də və avqustun 5-də də bu prosesin baş tutacağı gözlənilir.
Ə.Hümbətova bildirib ki, alimlərin fərziyyələri əsasında qurulan bəzi modellərə görə, Yerin daxili nüvəsi hazırda yavaş fırlanır və 2040-cı ilədək hərəkətini tam dayandıra biləcək:
"Bu alimlərin hələ ki fərziyyələrdir. Yəni konkret model qurulmayıb. Belə fərziyyə olunur ki, gün qısalmasına səbəb Yerin nüvəsidir. Çin Elmlər Akademiyasının "Nature" jurnalında dərc olunan məqalədə qeyd olunur ki, təkrarlanan zəlzələlərdən sonra seysmik dalğaların müvəqqəti dəyişikliyi aşkar edilib. Nəticədə Yerin daxili nüvəsinin fırlanma sürətinin dəyişdiyi müşahidə olunub. Hazırda planetin daxili nüvəsi yavaş-yavaş və Yer səthinin fırlanmasının əks istiqamətdə hərəkət edir. Amma sonradan Yerin özü ilə eyni istiqamətdə fırlanmağa davam edə biləcək. Yerin bərk nüvəsi təxminən hər 35 ildən bir dayanır, fırlanma istiqamətini dəyişə bilir və sonra yenidən bərpa olunur. Yəni bu, periodik prosesdir".
Elmi işçi vurğulayıb ki, tədqiqatlara görə, 2009-2020-ci illərdə daxili nüvənin fırlanmasının hərəkət istiqaməti dəyişib, bu da eyni zamanda yerin maqnit sahəsindəki dəyişikliklərlə üst-üstə düşüb:
"İnsanlar üçün hər hansı bir əhəmiyyətli nəticəyə gətirib çıxarmayacaq. 2025-ci ilin iyul-avqust ayında planet öz oxu ətrafında rekord sürətlə fırlanacaq. Hesablamalara görə, ən qısa günlərdən biri iyulun 9-na düşüb. Minimum uzunluq indiyə qədər 1,05 millisaniyədən aşağı düşmürdü. 2024-cü ilin iyulunda 1,66 millisaniyə olub, həmin vaxt da rekord olub".
Rəsədxana işçisi bu prosesin xarici amillərlə heç bir əlaqəsinin olmadığını söyləyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Formula-1: Las-Veqas Qran-Prisinin qalibi bəlli oldu
-
Nigar Tofiqin səhnə geyimi müzakirə yaratdı - (Video)
-
Messinin komandası öz meydanında darmadağın oldu
-
Zaur Baxşəliyevin görüntüsü müzakirə yaratdı (Video)
-
Röya və Əbdül Xalid 23 il öncə - (Video)
-
Məsumə Məlikovanın 97 yaşı tamam oldu
-
Binanın blokunda toy edib, süfrə açdılar - (Video)
-
Xalq artisti görünüşü ilə müzakirə yaratdı - (Video)
-
Sabah Bakıda yağış yağacaq
-
Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
-
Tanınmış meyxanaçıların rəqsi gündəm oldu – (Video)
-
"İsrail Suriyaya hücum edə bilər"
-
Prezident İlham Əliyev Livan Prezidentini təbrik edib
-
Xalq artistinin illər əvvəlki görüntüləri yayıldı (Fotolar)
-
Bakının mərkəzində bu ərazilərə maşınla giriş pullu olacaq: İlk 15 dəqiqənin tarifi 3 manat
-
Bu şəxslərin elektrik xərclərinin yarısını dövlət ödəyəcək
-
Azərbaycanda tələbə qəfil öldü
-
Niderland məhkəməsi BYD-nin bu modelinin satışını qadağan etdi (Foto)
-
"Yaprak dökümü"nün aktrisasının görünüşü müzakirə yaratdı – (Video)
-
"Titanik" sərnişininin saatı bu qiymətə satıldı
-
"Mənimlə duet oxumaq istəyən 10-15 min manat ödəməlidir"
-
Aparıcı Xəyalə ilə Rilaya qəzaya düşdülər (Video)
-
Vinisius "Real"ın 3 oyunçusunu Braziliyaya aparacaq
-
Şamaxıda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub (Foto)





