Ölkə

Azərbaycanlı tələbə ABŞ-də 100 minlik təqaüd qazandı

11 İyun 2025 14:12
Baxış: 922
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının tələbəsi Gülşən Məmmədli ABŞ-nin nüfuzlu Tulane Universitetinin Kimya və biomolekulyar mühəndislik ixtisası üzrə birbaşa doktorantura proqramına qəbul olunub. Gülşən proqram çərçivəsində illik 100 min ABŞ dolları məbləğində təqaüd qazanıb.

Milli.az xəbər verir ki, bu barədə məlumatı BANM rektoru Elmar Qasımov ictimailəşdirib.

Gülşən bundan başqa, New York University Tandon School of Engineering-dən Kimya mühəndisliyi, İngiltərənin Leeds Universitetindən isə Advanced Chemical Engineering ixtisası üzrə magistr proqramlarına da qəbul dəvəti alıb.

Gülşən Məmmədli 2020-ci ildə BANM-a 658 balla daxil olub.

GreenTech startup və yaşıl texnologiyalar üzrə keçirilən müsabiqədə komandası ilə l yerə layiq görülüb.

BANM-da keçirilən Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransında II yerə, IV elmi konfransda isə komandası ilə III yerə layiq görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.