Ölkə

Vətəndaşlar istilik xidmətini özəl sektordan da ala biləcək

4 İyun 2025 12:55
Baxış: 470
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda mərkəzi istilik sisteminə qoşulmaq mənzil mülkiyyətçilərinin öz iradəsindən asılı olacaq.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında - "İstilik təchizatı haqqında" qanun layihəsi ilə bağlı ictimai dinləmədə bildirib.

"Çoxmənzilli yaşayış binalarının sakinləri istilik xidmətindən istifadə etmək üçün həm "Azəristiliktəchizat" ASC-yə müraciət edə, həm özəl şirkət tuta, həm də özləri şirkət yarada bilərlər. Belə olduqda artıq tarif müəyyən etməyin də mənası qalmır. Vətəndaşlar hər ayın sonunda istilik xərclərini öz aralarında bölüşdürə bilərlər. Təbii ki, sayğac quraşdırılana qədər. Bu mənada bizim bildiyimiz ənnəəvi sistem dəyişir. Bu sahə daha liberal olur. Əsas məsələ odur ki, təchizatçının seçilməsi mənzil mükiyyətçilərindən asılı olacaq, birini bəyənməsələr digərini seçə bilərlər. Bu istiqamətdə onlara heç kim təsir edə bilməz", - deyə o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.