Ölkə

Sabah da yağış yağacaq

4 İyun 2025 12:27
Baxış: 1 342
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda iyunun 5-də bəzi yerlərdə arabir yağış yağacaq.

Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-19° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağışlı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.