Ölkə

Naxçıvanda “MEDİAFEST-2025” çərçivəsində media tədqiqatçıları tələbələrlə görüşüb - FOTO

31 May 2025 11:48
Baxış: 332
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"MEDİAFEST-2025" çərçivəsində mayın 31-də Naxçıvan Dövlət Universitetində Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu tələbələrlə görüşüblər.

Milli.Az xəbər verir ki, görüşdə onlar jurnalistika sahəsindəki akademik və praktik təcrübələrini tələbələrlə bölüşüblər. Professor Qulu Məhərrəmli müasir dövrdə jurnalistin ictimai məsuliyyətini və informasiyanın dəqiqliyinin vacibliyini vurğulayaraq jurnalistikada etik qaydalara əməl etməyin önəmini diqqətə çatdırıb. O həmçinin tələbələrə media dünyasında peşəkar olaraq inkişaf etmələri üçün akademik yanaşmalarını doğru formalaşdırmağı tövsiyə edib.

Vüqar Zifəroğlu isə xəbər istehsalının texniki və redaksiya tərəflərinə dair detallı analizlər apararaq tələbələri peşəkar jurnalistikanın dəqiq və elmi yanaşmalarını mənimsəməyə çağırıb. Onun sözlərinə görə, jurnalistikanın akademik tərəfi yalnız gündəlik fəaliyyətlə məhdudlaşmamalıdır; hər bir jurnalist elmi biliklərlə təchiz olmalıdır.

Görüşlər diskussiya şəraitində, sual-cavab şəklində keçib. Bu görüşlər gənc jurnalistlər üçün təcrübə mübadiləsi olub.

Qeyd edək ki, "MEDİAFEST-2025" Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  müvafiq Sərəncamına əsasən keçirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.