Ölkə

Bakıda polis kameraları sındıran yeniyetmələri tapdı - Ailələri bölməyə çağırıldı - VİDEO

29 May 2025 13:34
Baxış: 738
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda bir qrup yeniyetmənin küçə kameralarını sındırmasını əks etdirən görüntülər yayılıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, sözügedən yeniyetmələrin Binəqədi rayonu ərazisində əmlaka ziyan vurduqları bildirilib.

DİN Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov sorğumuza cavab olaraq qeyd edib ki, sosial şəbəkələrdə Binəqədi rayonu ərazisində təhlükəsizlik kameralarına zərər vurulması ilə bağlı paylaşılan görüntülər araşdırılıb: "Əməli törədən 4 yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilib. Onlar valideynləri ilə birgə ərazi üzrə Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət ediliblər. Həmin şəxslərlə profilaktik söhbət aparılıb və dəyən ziyanın ödənilməsi təmin edilib".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.