Ölkə

Xaçmazda evə sərxoş gələn qayınata gəlinini döydü

23 May 2025 17:55
Baxış: 653
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xaçmazda evə sərxoş gələn qayınata gəlinini döyüb.

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Yeni-Sudur kəndində baş verib.

Kənd sakini, 1962-ci il təvəllüdlü Cəfər Məmmədov axşam saatlarında spirtli içki qəbul edərək evinə gəlib. O, evdə yenidən spirtli içki qəbul edib və gəlininə paltarlarını təmizləməyi əmr edib. Gəlin isə onun içkili vəziyyətdə evə gəlməməsini tapşırıb və onu evdən çıxarmaq istəyib. Nəticədə aralarında yaranmış münaqişə nəticəsində C.Məmmədov gəlinini döyərək ona xəsarətlər yetirib.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.