Ölkə

Saatlıq iş rejiminə keçid kimlərin maaşını artıracaq? - VİDEO

30 Aprel 2025 12:57
Baxış: 1 140
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.

Milli.Az xəbər verir ki, sözügedən məsələni özündə əks etdirən layihə artıq aidiyəti qurumlara təhvil verilib.

Məsələ ilə bağlı danışan "Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası"nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyir ki, indiyə qədər ölkəmizdə əməyin ödənişinin minimal, yəni saatlıq həddi kimi bir sistem tətbiq olunmur. Məcəlləyə əsasən, əməyin ödənişinin minimal həddi aylıq müəyyən edilir və minimum məbləğ bu ildən 400 manat olub.

Sahib Məmmədov bildirib ki, saatlıq əməkhaqqı rejimi gələcək üçün işçinin işəgötürənlə qısa müddət işləyərək saathesabı alması üçün sərf edən bir variantdır. Həmçinin işəgötürənlə işçi arasında əmək müqaviləsi daha çevik bağlana biləcək.

Hazırda saatlıq əməkhaqqı yanaşması xüsusilə qərb ölkələrində çoxdan tətbiq edilir.

Qeyd edək ki, Əmək Məcəlləsində nəzərdə tutulan dəyişikliklər arasında uzaq məsafədən iş və digər hallarla bağlı məsələlər var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.