Ölkə

Daha bir küçədə xüsusi hərəkət zolağı təşkil edildi - FOTO

21 Aprel 2025 20:39
Baxış: 250
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam etdirilir.

AYNA-dan Milli.Az-a bildirilib ki, nəqliyyat axınını tənzimləmək və ictimai nəqliyyatın effektivliyini artırmaq məqsədilə Puşkin küçəsində də hərəkət zolağı təşkil edilib.

Belə ki, həmin yol sahəsində avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb.

Qeyd edək ki, dəyişiklik zamanı ümumi hərəkət zolaqlarının sayı saxlanılıb.

Hazırda sözügedən küçə üzrə 10 avtobus marşrutu fəaliyyət göstərir. Bu dəyişiklik nəticəsində sərnişinlərin yol qət etmə vaxtı əvvəlki ilə müqayisədə azalıb. Avtobusların sürəti isə pik saatlarda 3 km/saat-dan 10 km/saat-a qədər artıb.

Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.