Ölkə

Güclü sel bu ərazilərdə qaz xətlərini sıradan çıxardı - FOTO

16 Aprel 2025 21:25
Baxış: 762
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Siyəzən rayonu ərazisində Ataçaya gələn güclü sel diametri 159 millimetr olan qaz xəttini qıraraq, sıradan çıxarıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, xətdə yaranan qəza səbəbindən hazırda Siyəzən şəhəri, Gənclik qəsəbəsi, Böyük və Kiçik Həmyə kəndlərində 1800 abonentin təbii qazla təminatında fasilə yaranıb.

Şabranda da çaylarda suların səviyyəsinin kəskin artması nəticəsində qaz xətləri zədələnib. Bu səbəbdən Şabran şəhərinin bəzi hissələrində, Əmirxanlı, Qazbabalı, Ceyranlı və Vələsli kəndlərində 7260 abonentin qazla təminatında məhdudiyyət var.

Hazırda idarə əməkdaşları tərəfindən abonentlərin yenidən mavi yanacaqla təminatı üçün iş aparılır.

Abonentlərdən qaz avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsiz tədbirlərinə riayət etmək tövsiyə olunur.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.