Masallıda 14 yaşlı qız itkin düşüb.
Milli.Az xəbər verir ki, 14 yaşlı Tağıyeva Lamiyə Cavid qızı aprelin 12-də, saat 20 radələrində babasına məxsus - Masallı rayonu Banbaşı kəndində yerləşən evdən çıxaraq naməlum istiqamətdə gedərək itkin düşüb.
Faktla bağlı Masallı rayon polis şöbəsində araşdırma aparılır.
Milli.Az