14 yaşlı qız itkin düşdü

14 Aprel 2025 10:14

Masallıda 14 yaşlı qız itkin düşüb.

Milli.Az xəbər verir ki, 14 yaşlı Tağıyeva Lamiyə Cavid qızı aprelin 12-də, saat 20 radələrində babasına məxsus - Masallı rayonu Banbaşı kəndində yerləşən evdən çıxaraq naməlum istiqamətdə gedərək itkin düşüb.

Faktla bağlı Masallı rayon polis şöbəsində araşdırma aparılır.

Milli.Az