Bu il I və IV qruplarda güclü rəqabət olacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Martın 2-də keçirilən buraxılış imtahanlarının nəticəsi açıqlanıb. Builki buraxılış imtahanlarının ilkində 23 nəfər maksimum bal toplayıb ki, keçən il bu rəqəm 14 idi. Bu da bu il keçən ilə nisbətən maksimum bal toplayanların sayının daha çox olacağını deməyə əsas verir.
Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, bu nəticələr gözlənilən idi:
"2024-cü il ilə müqayisədə bu il birinci mərhələdə maksimum bal toplayanların sayı çoxdur. Keçən il 14 olan rəqəm bu il 23-ə çatıb. Bu onu göstərir ki, martın 9-da keçirilən imtahanların nəticələri açıqlananda da biz daha çox rəqəmlər görə biləcəyik. Keçən il ümumilikdə 53 nəfər maksimum 300 bal toplamışdı. Bu il bildiyimiz kimi, ali məktəblərə qəbul planında da artım olacaq. 65 minə yaxın plan yeri ayrılacaq. Təbii ki, rəqabət olacağını proqnozlaşdırmaq mümkündür.
Buraxılış imtahanlarının nəticələri göstərir ki, artıq müəllimlərimiz və şagirldərimiz Dövlət İmtahan Mərkəzinin suallarının modelini, qiymətləndirmə meyarlarını mənimsəyiblər. Açıqlanan nəticələr abituriyentlərimizi blok imtahanlarına, yəni qəbul imtahanlarının ixtisas qrupu hissəsinə daha ciddi hazırlaşmağa məcbur edir. Abituyentlər dayanmamalıdır, tezliklə martın 9-da keçirilən nəticələr də açıqlanacaq. Ümumilikdə imtahan nəticələrini çox yaxşı qiymətləndirmək olar. Çünki şagirdlərimizin nəticələri nə qədər yaxşı olarsa, bu onların motivasiyalarının yüksəlməsinə gətirib çıxaracaq. Amma abituriyentlər diqqətli olmalıdırlar, çünki blok imtahanı ən ciddi mərhələdir. Burada onların rəqiblərinin balları yüksəlir. Keçən illə müqayisədə yüksək bal toplayanların sayı artıb. Bu da abituriyentləri daha məsuliyyətli edir. Onlar blok imtahanına da ciddi hazırlaşmalıdırlar ki, nəticə qane etsin".
K.Əsədovun sözlərinə görə, buraxılış imtahanlarının nəticələri blok imtahanlarına birmənalı şəkildə təsir edəcək:
"Düşünürəm ki, blok imtahanlarında sualların bir az çətin olması mümkündür. Çünki yüksək ballı şəxslərin sayının çoxalması ciddi rəqabət mühiti yarada bilər və hətta yüksək bal toplayan bəzi abituriyentlər kənarda qala bilər. Buraxılış imtahanında keçən ilə nisbətdə ilkin nəticələrin yuxarı olması DİM-in açıq suallarında çətinləşməyə səbəb olacaq. Orta və ağır suallların sayının azalması, çətin tipli sualların isə artmasını proqnozlaşdırmaq olar ki, bu da daha bilikli uşaqlaırn seçiməsinə imkan verəcək".
"Builki proqnozumuz I və IV ixtisas qruplarında rəqabət olacağını deyir. Həm də abituriyentlərin sayı çoxdur. Yüksək bal toplayanların da əksəriyyəti I və II qrupun payına düşür. Ən böyük proqnozumuz I və IV qrupda ciddi rəqabət olacağıdır", - ekspert qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - (Foto)
-
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
-
Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı
-
Sosial müavinətlə bağlı yeni xəbər - 179 min nəfər...
-
Bakıda bu qəsəbəyə taksi gəlmir - Səbəb nədir?
-
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı
-
Ofeliya Sənani xəstəxanaya yerləşdirildi
-
“Bu, Amerika üçün böyük gün olacaq”
-
Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq (Foto)
-
Azad Bayramov vəfat etdi
-
"İnter"li Markus Turam: "Mən Leaoyam, "Qalatasaray"da oynayıram" - (Video)
-
Moskvaya PUA hücumu: 1 nəfər ölüb, 6 nəfər yaralanıb
-
Mağazadan alınan yumurtanın içindən cücə çıxdı
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı
-
"“Flydubai” hadisəsinə görə İran məsuliyyət daşıyır"
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)
-
Allahşükür Paşazadənin 40 il əvvəlki görüntüləri yayıldı - (Video)
-
Medvedev diskvalifikasiya olundu - Bu hərəkətinə görə - (Video)
-
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
-
Rusiyanın kəndləri boşalır: 20 milyon hektar torpaq istifadəsiz qalıb
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
XİN-dən vurulan gəmi ilə bağlı açıqlama
-
Qaxda "prava"sız sürücü qəza törətdi: 1 ölü, 4 yaralı var - (Video)
-
14 yaşlı qızın görüntülərini yayan şəxslə bağlı qərar verildi





