Rəfael Piriyev də Baş Prokurorluğa çağırıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Piriyev Rəfael Fizuli oğlu Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinə çağırılıb.
Trend-in əldə etdiyi məlumata əsasən, təqsirləndirilən şəxs Piriyev Rəfael Fizuli oğluna izah edilir ki, o, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 02 may 2025-ci il tarixdə, saat 12:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.
202006049 nömrəli cinayət işi üzrə Piriyev Rəfael Fizuli oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 07 sentyabr 2020-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərara əsasən, onun 19 aprel 2019-cu il tarixdən 07 avqust 2019-cu il tarixədək olan müddətdə qabaqcadan əlbir olduğu, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə məhkum olunmuş şəxslərlə birlikdə "youtube" və "facebook" sosial media hesablarında yerləşdirdiyi videoçarxlarda Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilib.
Piriyev Rəfael Fizuli oğlu istintaqdan qaçıb Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 07 sentyabr 2020-ci il tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxs Rəfael Piriyevə izah edilir ki, ibtidai istintaqda şəxsən iştirak etmək, özünün seçimi əsasında müdafiəçi vasitəsilə təmsil olunmaq və digər prosessual hüquqlara malikdir. Müdafiəçidən istifadə etmək istədiyi halda, müdafiəçi barədə məlumatları cinayət prosesini həyata keçirən orqana göndərməlidir.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 54-2.1.7-ci və 467-13.3-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs Rəfael Piriyevə xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla bilər və barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Sezercik” illər sonra belə görüntüləndi - FOTO
-
Azərbaycanda uşaq bağçasında görün nə tapıldı - Təhlükəli anlar
-
"Yaprak Dökümü"nün ulduzları 18 ildən sonra bir arada... - FOTO
-
Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ
-
Zaur ilk dəfə verilişinin bağlanmasından DANIŞDI
-
Qərbi Kaspi Universiteti beynəlxalq akkreditasiya və elmi-tədqiqat göstəriciləri üzrə mühüm uğurlara imza atıb - FOTO
XƏBƏR LENTİ
-
“Sezercik” illər sonra belə görüntüləndi - FOTO
-
Azərbaycanda uşaq bağçasında görün nə tapıldı - Təhlükəli anlar
-
"Yaprak Dökümü"nün ulduzları 18 ildən sonra bir arada... - FOTO
-
Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ
-
Zaur ilk dəfə verilişinin bağlanmasından DANIŞDI
-
Milli Məclisin iclası başladı - 8 məsələ
-
“Qarabağ” ilk transferini etdi - FOTO
-
Qərbi Kaspi Universiteti beynəlxalq akkreditasiya və elmi-tədqiqat göstəriciləri üzrə mühüm uğurlara imza atıb - FOTO
-
Natəvan Qasımzadə vəfat etdi - FOTO
-
İki hərbçimiz minaya düşdü - YENİLƏNİB
-
Bakıda faciəvi hadisə: 2 qadın pəncərədən yıxıldı, biri öldü
-
Burak Özçivitin rus qıza davranışı DİQQƏT ÇƏKDİ - VİDEO
-
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub - VİDEO - FOTO - YENİLƏNİB
-
Bu küçələrdə maşın saxlamaq qadağan OLUNUR
-
Şahbaz Şərif Rusiyaya gedəcək
-
Bakının bu ərazilərində 13:00-dan sonra işıq OLMAYACAQ
-
Balakəndə əməliyyat: Bağ sahəsindən 198 çətənə bitkisi çıxdı
-
Rəsul Çunayevin anası ilə rəqsi GÜNDƏM OLDU - VİDEO
-
Hicabdan blokposta: İran şəhərlərində nəzarətin yeni mərhələsi
-
Bu ölkədə daha bir nəfərdə hantavirus aşkarlandı
-
Qızıl almaq istəyənlərə VACİB XƏBƏR - Qiymətlər dəyişdi
-
"Fəlakət" qızı ilə - VİDEO
-
Hantavirus yayılan gəmidə sərnişinlərdə sinir pozuntuları başladı
-
Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - FOTO





