Ölkə

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin edilib

11 Aprel 2025 11:52
Baxış: 1 024
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin edilib.

Milli.Az xəbər verir ki, bununla bağlı qərar layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

Belə ki, Xanlar Rüstəm oğlu Vəliyevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi təklif olunub.

Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub.

Qeyd edək ki, Xanlar Vəliyevin hərbi prokuror kimi səlahiyyət müddəti başa çatıb.

Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.