Ölkə

21 yaşlı Aytac itkin düşdü: Əşyaları Kürün yaxınlığında tapıldı

8 Aprel 2025 08:23
Baxış: 4 056
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanda 21 yaşlı qız itkin düşüb.

Belə ki, azərbaycanlıların kompakt yaşadıqları Qardabani rayonunun Kosalı kənd sakini Aytac Məmmədovadan aprel ayının 1-dən məlumat yoxdur.

Ailə üzvləri Baku TV-yə bildiriblər ki, 21 yaşlı Aytac Tbilisi Dövlət Üniversitetinin ikinci kurs tələbəsidir və təhsili ilə əlaqədar paytaxtda yaşayıb.

Aytacla ailəsinin son telefon danışığı isə dostunun doğum gününə getməsi ilə bağlı olub. O, anası ilə danışaraq səhəri gün imtahanının olduğunu və evə qayıdacağını bildirib. Bundan sonra isə ondan xəbər almaq mümkün olmayıb.

Anasının sözlərinə görə, qızının telefonu, çantası və ayaqqabısı Kür çayının yaxınlığında tapılıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Aytac Məmmədovanın axtarışları istiqamətində bütün lazımi tədbirlər həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory