Ölkə

BƏDBƏXT HADİSƏ - Əlil arabasında olan qardaşı qızının üstündən keçdi

7 Aprel 2025 14:53
Baxış: 621
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Astarada əlil arabasında olan yeniyetmə qız avtomobilin altında qalaraq həlak olub. 

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə rayonun Kijəbə qəsəbəsində baş verib. 

Belə ki, sürücü Vasif Kazımov nəqliyyat vasitəsini geriyə hərəkət etdirən zaman ehtiyatsızlıqdan əlil arabasında olan 13 yaşlı qardaşı qızı Zəkiyyə Kazımzadəni vurub.

Qəza nəticəsində ciddi xəsarət alan Z.Kazımzadə təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda vəfat edib. 

Mərhumun cənazəsi ekspertiza məqsədilə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə göndərilib. 

Hadisəni törətməkdə şübhəli bilinən V.Kazımov polisə təslim olub.

Faktla bağlı Astara Rayon Prokurorluğu tərəfindən araşdırma başladılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.