Ölkə

“Melissa Group” tikinti şirkətinin əməkdaşı, ekskavotorun sürücüsü həbs edilib

29 Mart 2025 15:27
Baxış: 937
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alatavada qanunsuz söküntü işləri ilə bağlı saxlanılan "Melissa Group" tikinti şirkətinin əməkdaşı, ekskavotorun sürücüsü Qala Eynullayevlə bağlı məhkəməyə təqdimat daxil olub.

Trend xəbər verir ki, tədimata Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə baxılıb.

İstintaq orqanının təqdimatı təmin olunub və qərar qəbul olunub. Qərara əsasən, təqsirləndirilən şəxs barəsində 1 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.