Bakıda məşhur otelin fəaliyyəti DAYANDIRILDI - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Milli.Az bildirir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Rixard Zorge küçəsi, ev 8 ünvanında yerləşən "Rosemary Inn" otelində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, həmçinin mövcud qurğuya lisenziyası olan təşkilat tərəfindən texniki qulluq göstərilməyib;
- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydası"nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;
- obyekt yanğın su hovuzu, odsöndürən balon və daxili yanğın kranları ilə təmin olunmayıb;
- obyektdə tezalışan üzlüklərdən istifadə olunub, taxta konstruksiyalara isə odadavamlı məhlul hopdurulmayıb;
- köçürmə çıxışlarının qapılarının otaqlardan çıxışa doğru sərbəst açılması təmin olunmayıb;
- təxliyə planı mövcud deyil və insanların təxliyəsi üçün "Çıxış" sözü yazılmış işıqlı göstəricilər quraşdırılmayıb;
- təxliyə yolları yanar materiallarla bağlanılıb;
- mövcud havalandırma sisteminin istismara yararlılığı barədə müvafiq sənədlər təqdim olunmayıb;
- obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi təqdim edilməyib;
- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Rixard Zorge küçəsi, ev 8 ünvanında yerləşən "Rosemary Inn" otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
67 yaşlı Madonna gənc qızlara meydan oxuyur - (Video)
-
Məşhur azərbaycanlı sənətşünas İrada Berq vəfat etdi
-
Sürücülük vəsiqəsi almaq istəyənlərə yeni xəbər - müddət uzadıldı
-
Aeroport yolunda zəncirvari qəza - (Video)
-
Qazaxın Aslanlı kəndində taxıl sahəsi yanıb (Video)
-
Bakıxanovda əks yola çıxan sürücü qəza törətdi (Video)
XƏBƏR LENTİ
-
Arıqlamağa mane olan 3 böyük səhv
-
67 yaşlı Madonna gənc qızlara meydan oxuyur - (Video)
-
Şaftalının faydaları nələrdir, neçə kaloridir?
-
Qatı şokolad sousu resepti
-
Mixail Malkin Dünya kuboku seriyasının qalibidir
-
Azərbaycan gimnastları Dünya Kubokunda fəxri kürsüdə (Foto)
-
Günün qoroskopu: Maliyyə mövzuları bu gün gündəminizdə olacaq
-
Qalibaf: İranla ABŞ arasında sülh yoxdur
-
Braziliya Norveçə qarşı
-
Azərbaycan cüdoçuları Avropa Kubokunu 9 medalla başa vurublar
-
Məşhur azərbaycanlı sənətşünas İrada Berq vəfat etdi
-
“Qarabağ”ın yeni transferi Cebrailin performansı - (Video)
-
Sürücülük vəsiqəsi almaq istəyənlərə yeni xəbər - müddət uzadıldı
-
Aeroport yolunda zəncirvari qəza - (Video)
-
Niklas Züle futbola qayıdır: 9-cu liqada çıxış edəcək
-
Qazaxın Aslanlı kəndində taxıl sahəsi yanıb (Video)
-
Bakıxanovda əks yola çıxan sürücü qəza törətdi (Video)
-
Azərbaycanlı gənc Polşada faciəvi şəkildə öldü (Foto)
-
Şəmkirdə ağıq qəza - ölən və xəsarət alan var
-
Milyonluq təyyarələr səhrada çürüyür: İflas edən şirkətin sonu - (Foto)
-
"Hər şey bir anda baş verdi": Amalın öldüyü qəzanın şahidi danışdı (Video)
-
İsrail BƏƏ-də "Dəmir qübbə" yerləşdirdiyini təsdiqlədi
-
Paşinyandan yeni konstitusiya ilə bağlı açıqlama
-
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"





