Ölkə

Azərbaycanda bu şirkətlər ləğv olundu

11 Mart 2025 17:48
Baxış: 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda bir neçə şirkət maliyyə vəziyyətlərinə görə ləğv olunub, bəziləri isə kapitalının azalmasını açıqlayıb.

Milli.Az teleqraf-a istinadən xəbər verir ki, "Status Group Co" və "Status Supply and Trade" məhdud məsuliyyətli cəmiyyətləri öz nizamnamə kapitalını 20 manatdan 10 manata qədər azaldıqlarını elan ediblər. Bu dəyişikliklər hər iki şirkətin maliyyə vəziyyətindəki dəyişiklikləri və əməliyyatlarını əks etdirir.

Bundan başqa, "Xazar Cable and Tecnologies" şirkəti ləğv edildiyini açıqlayıb. Kreditorlar, hər hansı bir tələb olduqda, iki ay ərzində aşağıdakı ünvana müraciət edə bilərlər: AZ1073 Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, ev 88, mənzil 50.

Eyni şəkildə, "Salyan-Servis" Məhdud Məsuliyyətli Cəmiyyəti də ləğv olunduğunu bildirib. Kreditorlar tələblərini iki ay ərzində Salyan şəhəri, Alçalı küçəsi, ev 1, mənzil 1 ünvanına bildirə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.