Ölkə

Zəlzələdən sonra Lerik - İcra Hakimiyyətindən AÇIQLAMA

9 Mart 2025 12:53
Baxış: 1 582
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lerik rayonunda 4 maqnitudalı zəlzələ qeydə alınıb.

Yerli vaxtla 07:49-da qeydə alınmış yeraltı təkanların ocağı 15 km dərinlikdə yerləşib.

Rəsmi açıqlamada bildirilir ki, zəlzələ episentirdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub. 

Sosial şəbəkələrdə də cənub bölgəsinin sakinləri zəlzələnin hiss edildiyi barədə paylaşımlar edilib.

Modern.az son durumu öyrənmək üçün Lerik Rayon İcra hakimiyyəti ilə əlaqə saxlayıb.

İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov saytımıza açıqlamasında bildirib ki, zəlzələ cüzi hiss olunub:

"Lerikdə zəlzələ cüzi hiss olunub. Zəlzələ nəticəsində heç bir fəsad baş verməyib. Vətəndaşlar tərəfindən heç bir müraciət daxil olmayıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.