Ölkə

İçərişəhərdəki hadisə ilə bağlı rəsmi açıqlama

3 Mart 2025 13:52
Baxış: 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün İçərişəhər ərazisində yerləşən bir neçə restoran şəbəkəsinə enerji verən elektrik kabellərində kiçik partlayışlar baş verib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat və görüntülər yayılıb.

Partlayış nəticəsində qısa müddətlik tüstülənmə və yanğın müşahidə edilib.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yanğın hadisəsi ilə bağlı açıqlama yayıb. Məlumatda bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb: "Ötən gün saat 19:45 radələrində İçərişəhər Kiçik Qala 8-də yerləşən iaşə obyektində enerji verən elektrik kabellərində kiçik partlayışlar baş verib. Yanğın hadisəsinin qarşısının alınması məqsədilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mühafizə Xidməti yaxınlıqda olan vətəndaşları ərazidən uzaqlaşdırıb və dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə zəng edilərək hadisə barədə məlumat verilib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğının genişlənməsinin qarşısı alınıb. Hadisə nəticəsində ətraf binalara heç bir zərər dəyməyib və yanğınsöndürənlərdən və Qoruq İdarəsinin mühafizə işçilərindən xəsarət alan olmayıb".

Qurumdan, həmçinin bildirilib ki, iaşə obyektinin elektrik naqilləri "Azərişıq" ASC tərəfindən bərpa edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.