Qarlı və buzlu hava şəraitində bəzi yollar daha təhlükəlidir.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev həmin yolları sürücülərə izah edib və tövsiyə verib:
Körpülər və yol ötürücüləri - Havanın təsirinə daha çox məruz qaldıqları üçün tez donur.
Tunellərdən çıxış hissələri - Temperatur fərqi səbəbindən burada gizli buzlanma ola bilər.
Dönüşlər və enişli-yoxuşlu yollar - Sürüşmə riski yüksəkdir.
Yol qovşaqları və dairəvi kəsişmələr - Avtomobillər tez-tez dayanıb-hərəkət etdiyinə görə buzlanma ehtimalı artır.
Svetoforlu və svetoforsuz keçidlər - Sürücülərin tez-tez əyləcdən istifadə etdiyi yerlər olduğu üçün buzlanma ehtimalı böyükdür.
Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışları - Sıx hərəkət və dayanma səbəbindən yol səthi buz bağlaya bilər.
Avtobus dayanacaqları yaxınlığı - Piyadaların çox olduğu və avtobusların tez-tez dayandığı yerlərdə qəfil sürüşmə riski mövcuddur.
Sürücülərə bu sahələrdə daha diqqətli olmaları və ehtiyatla hərəkət etmələri tövsiyə olunur.
Milli.Az