Ölkə

Magistral yollardakı SON VƏZİYYƏT

27 Fevral 2025 10:19
Baxış: 532
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baş Dövlət Yol Polisi İdarəsi magistral yollardakı vəziyyəti açıqlayıb.

İdarədən Milli.Az-a bildirilib ki, hazırda bu yollarda fasilələrlə qar yağışı müşahidə olunur:

Bakı-Quba-Rusiya sərhədi yolunda (40-cı km-dən başlayaraq)
Bakı-Şamaxı-Yevlax yolunda (30-ci km-dən başlayaraq)
Gəndob-Yalama yolunda ( 41-ci km-dən başlayaraq)
Bakı-Qazax-Gürcüstan sərhədi yolunda (251-ci km -dən başlayaraq)
❄Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi yolunda
Qaraməryəm-İsmayıllı-Şəki yolunda (93-cü km-dən başlayaraq)
Ağsu aşırımında.

Qeyd edilir ki, yollarda hər hansı məhdudlaşma yoxdur. Yolların qardan təmizlənməsi işi fasiləsiz davam etdirilir.

"Təhlükəli hesab edilən yol sahələrində Dövlət Yol Polisi əməkdaşları tərəfindən xidmət gücləndirilib.

Bir daha sürücülərdən hava şəraitini nəzərə alaraq, ehtiyatlı olmaları və təhlükəsiz sürmə prinsiplərinə riayət etmələri xahiş olunur", - qurumdan bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.