Ölkə

“İti hürüb arvadımı qorxutdu” - Qonşuların əlbəyaxa davası

22 Fevral 2025 23:20
Baxış: 590
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kürdəmir rayonu, Yenikənd sakini qonşusunu döyüb. Buna səbəb itinin qonşunun arvadına hürməsi olub.

Milli.Az xəbər verir ki, 62 yaşlı Yahya A. qonşusu Azadın başına kəllə ilə, əlində olan ağacla isə bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirib.

Qonşusu da ondan şikayətçi olub.

Belə ki, hadisədən bir neçə gün əvvəl Yahyanın iti qonşusu Azadın arvadı Südabənin üstünə hürüb. Qadın qorxduğu üçün əri Azadla Yahya arasında sözlü mübahisə olub. Bir neçə gün sonra isə qonşular yenidən üz-üzə gəlib. Bu dəfəki mübahisə zamanı isə Yahya Azadı vuraraq xəsarətlər yetirib.

Qonşular məhkəmədə barışdıqlarını deyiblər. Azad qonşusundan şikayətçi olmadığını deyib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən Yəhya A. daha əvvəl sağlamlığa yüngül zərər vurma və narkotik ittihamı ilə məsuliyyətə cəlb edilib.

Yəhya A. bu dəfəki əməlinə görə sağlamlığa az ağır zərər vurma maddəsi ilə təqsirli bilinib. Ona 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. (Musavat.com)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.