Ölkə

Şahin Bağırov onu rəis təyin etdi - FOTO

21 Fevral 2025 17:19
Baxış: 1 563
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət Gömrük Komitəsinin (DGK) Hüquqi Təminat İdarəsinə yeni rəis təyin edilib.

Milli.Az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə gömrük xidməti mayoru Tural Məhərrəm oğlu Həsənli təyinat alıb. T.Həsənli 2024-cü ildən adıçəkilən idarə rəisi vəzifəsini icra edirdi.

Qeyd edək ki, DGK-nın Hüquqi Təminat İdarəsinin əvvəlki rəisi Sənan Muxtarov ötən il təqaüdə göndərilib. S.Muxtarov 32 il bu vəzifədə çalışıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.