Ölkə

İlyas İsmayılovla vida mərasimi keçirilib

18 Fevral 2025 11:51
Baxış: 1 129
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın sabiq Baş prokuroru, ədliyyə naziri, Ədalət Partiyasının sədri İlyas İsmayılovla vida mərasimi keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, vida mərasimi Heydər məscidində baş tutub.

Mərasimdə mərhumun ailə üzvləri, yaxınları, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.

İlyas İsmayılov bu gün Nardaranda dəfn ediləcək.

Qeyd edək ki, ötən gün vəfat edən İlyas İsmayılov bir müddət əvvəl Mərkəzi Kliniki Xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun ölüm səbəbi multiorqan çatışmazlığı olub.

Xatırladaq ki, İlyas İsmayılov 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub. 2001-ci ildən Ədalət Partiyasına sədrlik edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.