Ölkə

“Neftçi” – “Qarabağ” oyununda kütləvi dava - saxlanılanlar var - VİDEO

17 Fevral 2025 11:08
Baxış: 1 544
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gün "Neftçi" və "Qarabağ" arasında keçirilən Azərbaycan derbisindən öncə azarkeşlər arasında dava düşüb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, iki komandanın fanatları bir-birlərinə hücum ediblər. 

Bununla bağlı DİN-ə sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, yaşanan insident nəticəsində 4 nəfər saxlanılıb:

"Dünən paytaxtın Nizami rayonunda yerləşən stadionda keçirilən "Neftçi"-"Qarabağ" oyunundan əvvəl hər iki komandanın azarkeşləri arasında ictimai asayişin pozulması halı qeydə alınıb. İnsidentlə bağlı polis lazımi qabaqlayıcı tədbirlər görüb, 4 nəfər saxlanılaraq ərazi üzrə Polis Şöbəsinə gətirilib. Araşdırma aparılır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.