DYP piyadalara müraciət etdi - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son zamanlar piyada vurma hallarının təhlili qəzaların əsasən piyadaların yolu müəyyən olunmayan yerlərdən keçməsi, nəqliyyat vasitələrinin önündən anidən yola çıxmaları, yolu keçərkən yola baxmamaları və sair bu kimi hallar səbəbindən baş verdiyini göstərir.
Milli.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) piyadalara müraciətində bildirilib.
"Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq yenə də bəzi piyadalar öz həyatlarına biganə yanaşaraq yol hərəkəti qaydalarını kobud formada pozur, nəticədə öz həyatlarını itirirlər.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha həyat əhəmiyyətli təhlükəsizlik qaydalarını piyadaların və sürücülərin diqqətinə çatdırır.
Piyadalar Üçün Təhlükəsizlik Qaydaları
* Yolu yalnız müəyyən olunmuş yerlərdən keçin - Piyada keçidləri, yeraltı və ya yerüstü keçidlərdən istifadə edin.
* İşıqforun siqnallarına riayət edin - Yalnız yaşıl işıqda yolu keçin. Qırmızı işıqda dayanmaq vacibdir.
* Göz təması qurun - Sürücünün sizi gördüyünə əmin olun.
* Telefon və qulaqcıqlardan istifadə etməyin - Yolu keçərkən diqqətiniz dağılmamalıdır.
* Gecə vaxtı reflektorlu və ya açıq rəngli geyim geyinin - Bu, sürücülərin sizi daha yaxşı görməsinə kömək edər.
* Dayanmış avtomobilin qarşısından yolu keçməyin - Bu, digər sürücülərin sizi görməməsinə səbəb ola bilər.
* Qaçaraq və ya ani hərəkətlə yolu keçməyin - Sürücülər sizin hərəkətinizi əvvəlcədən görməli və reaksiya verməyə vaxt tapmalıdırlar.
Sürücülər Üçün Təhlükəsizlik Qaydaları
* Piyada keçidlərinə yaxınlaşarkən sürəti azaldın - Piyadalara yol verməyə hazır olun.
* İşıqforlara və yol nişanlarına əməl edin - Xüsusilə məktəb və xəstəxana yaxınlığında daha diqqətli olun.
* Yağışlı və qarlı havada ehtiyatlı sürün - Yol sürüşkən ola bilər və əyləc məsafəsi uzana bilər.
* Piyadaları gözləyin və göz təması qurun - Əmin olun ki, piyada sizin maşını dayandırdığınızı anlayır.
* Telefon və digər yayındırıcı vasitələrdən istifadə etməyin - Sürərkən diqqətiniz tam yolda olmalıdır.
* Alkoqollu içkilərdən sonra sükan arxasına keçməyin - Bu, həm sizin, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükəlidir.
* Uşaqlı və yaşlı piyadalara xüsusi diqqət ayırın - Onlar daha ləng hərəkət edə bilər və təhlükəni vaxtında fərq etməyə bilər.
* Maksimum sürət həddini aşmayın - Sürət həddi piyadaların və digər nəqliyyat vasitələrinin təhlükəsizliyini qorumaq üçün müəyyən edilib.
Bu qaydalara riayət etməklə yollarda təhlükəsizliyi təmin etmək mümkündür",- deyə müraciətdə qeyd edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Azərbaycanda zəlzələ oldu
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Sərnişinlərə alternativ marşrut təklif edildi: Cəmi 11 dəqiqəyə çatacaqsınız - (Foto)
-
“Trabzonspor”un yeni baş məşqçisi açıqlandı
-
Demet Akalına konsertində əxlaqsızlıq - (Video)
-
Şükufə Yusupovadan xəbər var
-
Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı
-
ABŞ ordusunda xidmət edən azərbaycanlının meyiti tapıldı - (Foto)
-
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı
-
Rüfətin qızı tələbə oldu: İcazə vermədim
-
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
-
Bakıda universitetlər bura köçür - İlk böyük addım atıldı (Video)
-
Rusiya Ukraynaya 252 meyit verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
-
Bakıda Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır - (Video)
-
Bakıda avtomobil alovlandı, 4 nəfər son anda canını qurtardı - (Video)
-
Tacir Şahmalıoğlunun oğlu canlı yayımda ağladı: "Mənə pis təsir edir" - (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
-
Azərbaycan Cənubi Qafqazın yeni arxitekturasında - "Anadolu" agentliyində Mixail Qusmanın məqaləsi yayımlandı
-
Paşinyan rus dili kursuna gedir
-
Vüsalə Xəzər TV-dən getməsi iddiasına belə cavab verdi - (Foto)
-
Prezident Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub





