Bakıda plana düşən binalar 8 ildir niyə sökülmür? - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan binalarla bağlı qərar 8 ildir ki, icra olunmayıb.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hələ 2017-ci ildə Nazirlər Kabineti Bakı şəhərinin 1-ci mikrorayonunun yenidən qurulması ilə əlaqədar qərar qəbul edib. Bu qərara görə, sözügedən ərazidə yerləşən istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan beşmərtəbəli binalar sökülməli, yerində müasir tələblərə uyğun yeni çoxmərtəbəli binalar tikilməli idi. Lakin 8 il keçməsinə baxmayaraq, ərazidə heç bir söküntü və tikinti işi aparılmır. Bəs səbəb nədir?
Ərazidə yaşayan sakinlər binalarının söküləcəyi, yeni binalarda yaşayacaqları günü səbirsizliklə gözləyirlər, lakin o günün nə zaman gələcəyini bilmirlər. Onların sözlərinə görə, aidiyyəti qurumlar nə əraziya baxış keçirir, nə də onlara dəqiq məlumat verirlər.
Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov deyir ki, sözügedən ərazi 20 hektardır və burada sökülməli olan 40-a yaxın bina, 2000-dən çox mənzil var. Ekspert işlərin yubanmasının səbəbini inşaat normativlərinin dəyişdirilməsində görür.
1-ci mikrorayonun ərazisində aparılacaq yenidənqurma işləri üzrə sifarişçi funksiyası Fövqəladə Hallar Nazirliyinə həvalə edildiyindən nazirliklə əlaqə saxladıq. Qurumdan bildirildi ki, bu işin təşkili Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilir. Komitədən isə məlumat verildi ki, ərazinin planlaşdırılma işləri Bakı şəhərinin baş planının tələblərinə uyğun razılaşdırılır.
Təəssüf ki, heç bir qurumdan işlərin nəyə görə yubandığına və nə vaxt başlayacağına dair açıqlama ala bilmədik.
Daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Limon turşusunun sirri açıldı - Limonla heç bir əlaqəsi yoxdur
-
Sabunçuda avtomobil piyadanı vuraraq öldürdü
-
Sumqayıtda ağır qəza - Ölən və yaralanan var
-
Qadın köhnə peçenye qutusunu açdı - İçindən 259 min manatlıq sərvət çıxdı
-
TDT-nin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı keçirilir - (Foto)
-
Gülay Zeynallı tanımaz halda - (Video)
XƏBƏR LENTİ
-
Limon turşusunun sirri açıldı - Limonla heç bir əlaqəsi yoxdur
-
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
-
Sabunçuda avtomobil piyadanı vuraraq öldürdü
-
Xames Rodriges millidən getdi
-
Sumqayıtda ağır qəza - Ölən və yaralanan var
-
Məkkəyə hücum cəhdi - Dron məhv edildi - (Foto)
-
UEFA Avropa Liqası: İlk turun matçları
-
Qadın köhnə peçenye qutusunu açdı - İçindən 259 min manatlıq sərvət çıxdı
-
TDT-nin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı keçirilir - (Foto)
-
Jurnalistləri daşıyan helikopter qəzaya uğradı - Ölənlər var - (Video)
-
Trampın sərvəti açıqlandı
-
Azərbaycan neftinin qiyməti 128 dollara çatdı
-
40 trilyon dollarlıq borc və müharibə: ABŞ-ı nə gözləyir?
-
Gülay Zeynallı tanımaz halda - (Video)
-
Azərbaycan AMERİPOL-da strateji tərəfdaşa çevrilir
-
Neftin qiyməti ucuzlaşdı
-
Messi Argentina millisində vida matçına çağırıldı
-
Paytaxtın 10 küçəsində tıxac var
-
Telefon qabınızın altına dəfnə yarpağı qoyun
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır





