Ölkə

Şuşa və 391 milyon manat maddi ziyan...

7 Fevral 2025 23:34
Baxış: 376
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şuşa şəhəri, Turşsu qəsəbəsi və 37 kənddən ibarət Şuşa rayonunun işğal olunması nəticəsində 16 299 nəfər dinc sakin didərgin salınıb.

Milli.Az xəbər verir ki, bu barədə Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində bildirib.

O qeyd edib ki, həmin şəxslərin xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 2 min 769 ədəd əmlak üzrə 391 milyon manatdan artıq maddi ziyan vurulub.

Xatırladaq ki, fevralın 7-də Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin və aparılması, soyqırım, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.