Ölkə

Şahdağda qar fəlakəti: "Hummer" aşdı - sürücü və həyat yoldaşı...

7 Fevral 2025 14:44
Baxış: 1 158
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 6-da Şahdağda Qusar rayonunun Laza kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev məlumat verib.

O bildirib ki, hadisə saat 18 radələrində baş verib.

"Şahdağ yolu, Laza kənd ərazisində qeydə alınan hadisə zamanı nəqliyyat vasitəsində iki nəfər - sürücü və həyat yoldaşı olub. Qarla əlaqədar olaraq sürüşmə baş verib, "Hummer" markalı nəqliyyat vasitəsi tərsinə banı üzərinə aşıb. Hadisə zamanı xəsarət alan olmayıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.