Ölkə

Naxçıvanda yaşayanlara ŞAD XƏBƏR

6 Fevral 2025 19:54
Baxış: 601
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yeni yaşayış kompleksinin tikintisi ilə bağlı işlərə başlayır.

Trend-in əldə etdiyi məlumata görə, Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsində 4,98 ha torpaq sahəsində inşa edilməsini planlaşdırıb.

Məlumata görə, artıq MİDA yaşayış kompleksinin tikintisi ilə əlaqədar layihə hazırlıqlarına başlayıb.

Agentlik sözügedən işlərin icrasına 619,5 min manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

Qeyd edək ki, agentlik bir neçə müddət əvvəl Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinin qərb hissəsində 5,83 ha torpaq sahəsində yeni yaşayış kompleksinin inşa edilməsi işlərinə start vermişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.