Ölkə

Azərbaycanda bu müəssisələrin iş rejimi dəyişkən iş qrafikinə keçəcək

30 Yanvar 2025 21:12
Baxış: 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət orqanları (qurumları), təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə əsasən təşkil ediləcək.

Milli.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.

Dövlət Proqramına əsasən, 2025-2026-cı illərdə Dövlət orqanlarının (qurumlarının),təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejimi dəyişkən iş qrafikinə əsasən təşkil ediləcək. NK və ƏƏSMN, ETN, SN, TƏBİB, NƏŞ tərəfindən müvafiq siyahılar təsdiq ediləcək və müvafiq siyahıya uyğun dəyişkən iş rejimi təşkil ediləcək. /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.