Ölkə

Quş cəmdəklərinin satışa çıxarılmasının qarşısı alındı - FOTO

23 Yanvar 2025 10:49
Baxış: 1 080
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhəri, Sabunçu rayonu, İ.Rəhimov küçəsi 14 ünvanında fəaliyyət göstərən ev quşlarının kəsimi məntəqəsində yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb.

Belə ki, fiziki şəxs Kərimov Ramiz Raqub oğluna məxsus müəssisənin antisanitar şəraitdə fəaliyyət göstərdiyi məlum olub. Həmçinin qida təhlükəsizliyi sahəsində normativ tələblərə əməl edilmədiyi, kəsim üçün müəssisəyə daxil olan quşların baytarlıq müayinəsindən keçirilmədiyi, kəsimdən sonra quş ətinin keyfiyyətinə baytar həkim tərəfindən nəzarət olunmadığı müəyyən edilib.

Eyni zamanda müəssisədə satış məqsədi ilə baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan 230 baş ev quşunun kəsildiyi aşkarlanıb. Tələblərə uyğun olmayan quş cəmdəklərinin satışa çıxarılmasının qarşısı alınıb, məhsullardan nümunələr götürülərək laboratoriyaya təqdim edilib.

Faktla bağlı müvafiq tədbirlər görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.