Ölkə

Bələdiyyə seçkilərində Neftçalada 926 nəfər ilk dəfə səs verəcək

22 Yanvar 2025 20:28
Baxış: 602
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

70 saylı Neftçala seçki dairəsində yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində ilk dəfə 926 nəfər səs verəcək.

Milli.Az xəbər verir ki, bu barədə Dairə Seçki Komissiyasının sədri Ülvi Məmmədzadə məlumat verib.

O bildirib ki, həmin gün 18 yaşı tamam olan 2 seçici də ilk dəfə səsvermə hüququndan istifadə edəcək.

Qeyd edək ki, 70 saylı Neftçala DSK-nın əhatə etdiyi ərazidə 48 seçki məntəqəsi yaradılıb, 51 min 478 seçicinin seçkilərdə iştirakı gözlənilir.

Dairədə 7 bələdiyyə uğrunda qeydiyyata alınmış 169 namizəd mübarizə aparacaq./"report"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.