Ölkə

Türkiyədə hoteldəki yanğında ölənlər və yaralananlar arasında Azərbaycan vətəndaşları var? - AÇIQLAMA

21 Yanvar 2025 12:52
Baxış: 526
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Bolu vilayətində yerləşən "Kartalkaya" dağ-xizək kurortundakı hoteldə baş verən yanğın nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

"Yanğında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır", - o bildirib.

Xatırladaq ki, "Kartalkaya" dağ-xizək kurortunda yerləşən hoteldə güclü yanğın baş verib.

Yanğın ötən gecə yerli vaxtla 03:30 radələrində 11 mərtəbəli binanın dördüncü mərtəbəsində başlayıb. Hadisə yerinə 30 yanğınsöndürən maşın və 28 təcili tibbi yardım maşını səfərbər olunub.

Hadisə nəticəsində azı 10 nəfər həlak olub, 32 nəfər yaralanıb.

Bolunun valisi Əbdüləziz Aydın yanğının səbəbinin hələ ki, məlum olmadığını desə də, alovun restoranın yerləşdiyi mərtəbədən başladığını ehtimal edir. Hadisə zamanı hoteldə 234 qonaq olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.