Ölkə

Blinken Ərdoğandan kömək istəyib

17 Yanvar 2025 08:11
Baxış: 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ dövlət katibi Antoni Blinken HƏMAS ilə İsrail arasında əldə olunan atəşkəsə dair açıqlamalar verib.

Milli.Az xəbər verir ki, ABŞ Prezidenti Co Bayden, "Atəşkəs bizim sayəmizdə imzalandı" deyə bildirsə də, ABŞ Dövlət Katibi Entoni Blinken, Həmas-ı atəşkəs danışıqlarına gətirmək üçün Prezident Rəcəb Tayyib Ərdoğan-dan yardım istədiklərini açıqlayıb.

CNN Türk-ün ABŞ təmsilçisi Yunus Paksoy, Blinken-in sonuncu mətbuat toplantısında verdiyi açıqlamanı belə çatdırıb:

Blinken-ə atəşkəsin necə əldə edildiyi soruşublar. Blinken bildirib:
"Son həftələrdə Prezident Ərdoğanla görüşdük. Həmas-ı masa arxasına qaytarmaq və razılaşmanı tamamlamaq üçün Ərdoğanın təsirindən istifadə etdik. Ərdoğan bunu etdi və Həmas danışıqlar masasına geri qayıtdı."
 

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.