Ölkə

Bələdiyyələrlə bağlı mühüm xəbər - işçi qrupu yaradılır

16 Yanvar 2025 15:31
Baxış: 810
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılacaq.

Milli.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilən "Rəqəmsal İnkişaf Konsepsiyası"nda öz əksini tapıb.

Rəqəmsallaşma səviyyəsinin diaqnostikası üçün dövlət qurumlarının iştirakı ilə işçi qrupun yaradılması nəzərdə tutulur.

Sənəddə deyilir ki, dövlət qurumlarının informasiya təhlükəsizliyinə aid əsas parametrlər siyahısının və məqbul hədlərin müəyyən edilməsi, informasiya təhlükəsizliyi mühitinin diaqnostikası həyata keçiriləcək. Bu məqsədlə aidiyyəti dövlət qurumlarının iştirakı ilə işçi qrupun yaradılması, beynəlxalq təcrübə əsas götürülməklə, dövlət qurumlarının informasiya təhlükəsizliyinin diaqnostikası sənədinin hazırlanması nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.