Pensiyalarda artım nə qədər olacaq? - Yekun RƏQƏM
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin ilk 11 ayında ölkə üzrə orta aylıq əmək haqqı 8 faiz artaraq 996.8 manata çatıb. Bu isə o deməkdir ki, ötən ilin yekun əmək haqqı artımının təxminən 8 faiz olacağı gözlənilir. "Əmək pensiyaları haqqında" Qanuna əsasən isə bütün növ əmək pensiyaları əvvəlki ildə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır.
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib.
O bildirib ki, indeksləşdirmə nəticəsində 1 milyon 100 min vətəndaşımızın pensiyalarında artımlar olacaq. Bu artımların ödənilməsi məqsədlə əlavə təxminən yarım milyard manat vəsait nəzərdə tutulub:
"İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. "Əmək pensiyaları haqqında" Qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq.
Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2024-cü ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq. Belə ki, orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırlır.
Qeyd edək ki, 2024-cü ildə orta aylıq əmək haqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Burak Özçivit rus qızların əhatəsində - (Video)
-
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişiklik edilib
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Almaniyadan ekstradisiya ediləcək
-
Leonardo İncəsənət Məktəbi ilə MiniBoss Biznes Məktəbi birgə "Yaradıcı Sahibkarlıq" proqramına başladı
-
Yeni icra başçısı kimdir?
-
Leysan yağacaq, qara keçəcək - Proqnoz verildi
XƏBƏR LENTİ
-
Burak Özçivit rus qızların əhatəsində - (Video)
-
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişiklik edilib
-
Ərdoğanın sabiq baş müşaviri saxlanıldı
-
Ermənistanı növbədənkənar seçkilər gözləyir?
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Almaniyadan ekstradisiya ediləcək
-
Paşinyan sülh sazişinin imzalanacağı tarixi açıqladı
-
“Sabah” – “Qarabağ” matçının hakimi açıqlandı
-
Leonardo İncəsənət Məktəbi ilə MiniBoss Biznes Məktəbi birgə "Yaradıcı Sahibkarlıq" proqramına başladı
-
Yeni icra başçısı kimdir?
-
Leysan yağacaq, qara keçəcək - Proqnoz verildi
-
Elçin Yusubov Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib
-
Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib - Sərəncam
-
Qadınların ata evinə göndərdiyi gizli mesaj - SOS kəlağayısı - (Video)
-
Sibel Canın sevgilisi tutuldu - (Foto)
-
İcbari tibbi sığortada yenilik: Daha bir xəstəliyin dərmanları təminata daxil edilir
-
Azərbaycanın ən hündür asma körpüsünün tikintisindən son görüntülər - (Video)
-
"Şövkət"in “Yaprak Dökümü”nün məşhur səhnəsi ilə bağlı etirafı müzakirə yaratdı (Video)
-
Qızını döydüyü üçün kürəkənini öldürən şəxsin cəzası azaldıldı
-
Azərbaycanda bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
15 il sonra yenidən eyni filmdə - (Foto)
-
Ermənistan rəsmiləri Zəngəzur dəhlizi ilə bağlı bölgəyə getdi - Təfərrüat
-
Sumqayıtda şirkətin mühafizəçisi 1750 manatlıq metal oğurladı
-
Məhkum zərərçəkmişlə barışarsa, cəzası azaldıla bilər?
-
Aysun İsmayılova: "Dizayner idim, gördüm ki, çörək müğənnilikdədir"





