Ölkə

Bakıda bir sinifdə 20 nəfər xəstədir - RƏSMİ

14 Yanvar 2025 15:02
Baxış: 865
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, bir müddətdir Azərbaycanda həm böyüklər, həm də uşaqlar arasında qrip simptomlu virusa yoluxma halları müşahidə olunur. Orta məktəblərdə də virusun sürətlə yayıldığı bildirilir. 

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə bir sinifdə 25 uşaqdan 20-nin xəstə olduğu ilə bağlı məlumat paylaşılıb.

"Müəllim xəbər edib, uşağı məktəbdən götürmüşük. 25 nəfərlik sinifdə 20 uşaq xəstədir. Sağlam uşağı dərsə göndərirsən, xəstələndirib evə göndərirlər. Məktəb bağlansın, bilək ki uşaq evdə sağlam olacaq", - deyə paylaşımda qeyd olunub.

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə müraciət etdik.

Agentlikdən saytımıza bildirilib ki, ümumilikdə təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyətində mənfi dinamika müşahidə edilmir:

"Təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir"./lent.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.