Ölkə

Bakıda əməliyyat - saxlanılan var

14 Yanvar 2025 13:54
Baxış: 583
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nərimanov rayonunda əməliyyat keçirilib, 11 kiloqram narkotik və doqquz ədəd odlu silah aşkarlanıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, tədbirlərlə 40 yaşlı Danial Alıyev, 35 yaşlı Nizami Bayramov, tanışı 34 yaşlı Nicat Əlizadə, 37 yaşlı Cəlil İsmayılov və narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha yeddi nəfər saxlanılıb.

Bu şəxslərdən ümumilikdə 11 kiloqram tiryək, marixuana, metamfetamin, 100 ədəd psixotrop tərkibli təsiredici həb aşkar olunaraq götürülüb.

Nizami Bayramov, Nicat Əlizadə və Cəlil İsmayılovdan əlavə olaraq 1 ədəd "AKM" markalı avtomat, 1 ədəd "Makarov" tapançası, 8 ədəd patron və patron darağı da aşkar edilib.

Bu şəxslər narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarının vasitəsi ilə əldə edib paytaxt ərazisində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırıblar.

Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalar aparılır.

Bundan başqa, Nərimanov rayonunda aparılan profilaktik tədbirlər zamanı bir ədəd "Kalaşnikov" avtomatı tapılıb və vətəndaşlarda saxlanılan 6 ədəd tüfəng könüllü olaraq polisə təhvil verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.