Ölkə

Şüşəsi “skotç”lanmış avtobusla bağlı RƏSMİ AÇIQLAMA

4 Yanvar 2025 16:09
Baxış: 829
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkədə 91 nömrəli avtobusla bağlı yayılan görüntülərə görə araşdırma aparılıb.

Milli.Az xəbər verir ki, bu barədə AYNA-dan bildirilib.

Qeyd edilib ki, daşıyıcının məlumatına görə, avtobusun arxa şüşəsi qəza nəticəsində zədələnib və görüntülər nəqliyyat vasitəsi qaraja yollanarkən qeydə alınıb.

"91 nömrəli avtobusun daşıyıcısına xəttin nizamlı fəaliyyəti və sərnişindaşıma qaydalarına riayət edilməsi ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, lazımi tədbirlər görülməyib. Belə olan halda 91 nömrəli müntəzəm avtobus marşrutunun yaxın zamanda müsabiqəyə təqdim edilməsi planlaşdırılır", - məlumatda vurğulanıb.

Qeyd edək ki, sosial şəbəkədə 91 nömrəli avtobusun arxa şüşəsinin "skotç"lu olması ilə bağlı görüntülər yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.